Tibb

29 Mart

Süni intellekt 300 milyon işi əvəz edə bilər

"Goldman Sachs" investisiya bankının hesabatına görə, süni intellekt (AI) 300 milyon tam ştatlı işi əvəz edə bilər.

Bu barədə Fins.az CNN-ə istinadən xəbər verir.

Hesabata görə, süni intellekt ABŞ və Avropada iş yerlərinin dörddə birinin yox olmasına səbəb ola bilər. Həmçinin də yeni iş yerləri yarada və məhsuldarlığı artıra bilər.

Hesabatda bildirilir ki, illik qlobal xidmət və istehsal 7 % arta bilər. İnsan yaradıcılığından fərqlənməyən məzmun istehsal edən süni intellektin inkişafı irəliyə doğru atılmış böyük addım kimi xarakterizə edilir.

Süni intellektin təsirinə məruz qalacaq iş yerlərinin 46 %-i inzibati, 44%-i hüquqi, 6%-i tikinti, 4 %-i isə texniki xidmət və təmir sektorundadır.

Zəminə Hüseyn
Fins.az