Tibb

28 Mart

''Twitter''-in ''mavi tik'' qərarı

''Twitter'' CEO-su İlon Musk təsdiqlənmiş hesab kimi tanınan "mavi tik" sisteminin əhatə dairəsini dəyişəcəyini açıqlayıb. Ödənişsiz hesablardan olan yazılar "Sizin üçün" başlığında təklif olunan tvit lentinə daxil edilməyəcək.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, aprelin 15-dən etibarən sosial media tətbiqinin digər istifadəçilərinə yalnız “Twitter Blue” funksiyasına malik ödənişli istifadəçilərin yazıları təklif olunacaq.

Yalnız təsdiq edilmiş hesabların ''Twitter''-də səsvermədə iştirakına icazə veriləcək. Bəzi istifadəçilər mübahisəli hesabların pul ödəməklə fərqlənə biləcəyini bildirərək dəyişiklikləri tənqid ediblər.

Zəminə Hüseyn
Fins.az