Tibb

27 Mart

Duolingo musiqi proqramı üzərində işləyir

Duolingo indi insanların musiqi haqqında öyrənmək istədikləri zaman seçəcəkləri bir nömrəli proqram olmağı hədəfləyir. Şirkət tərəfindən verilən iş elanına görə, hazırda onun öz musiqi inkişaf komandası var.

Bu barədə Fins.az CNN-ə istinadən xəbər verir.

İş elanında “həm elmi tədqiqatların öyrənilməsi üzrə nəzəri bilikləri, həm də praktiki tədris təcrübəsini birləşdirən musiqi təhsili mütəxəssisi” axtarılır. 

Tətbiq hələ çox erkən inkişaf mərhələsindədir, lakin şirkət onu bu ilin sonunda təqdim etməyi planlaşdırır.

Duolingo-nun Musiqi proqramı işə salınarsa, o, uşaqlara oxumağı və yazmağı öyrətmək üçün ABC tətbiqini ehtiva edən şirkətin artan öyrənmə proqramları siyahısına qoşulacaq. 

Zəminə Hüseyn
Fins.az