Tibb

27 Mart

TikTok ABŞ-da gündəlik 150 milyon aktiv istifadəçiyə çatıb

Çində yerləşən ByteDance şirkətinə məxsus video paylaşma proqramı xüsusilə gənclər arasında ən populyar tətbiqə çevrilib.

Bu barədə Fins.az CNN-ə istinadən xəbər verir.

Bu onu göstərir ki, proqram zamanla hətta YouTube və İnstagram-ı da keçə bilər. Ancaq Çindən gələn bir tətbiqin bütün dünyada populyarlığı təsəvvür etdiyiniz kimi qərb ölkələrində birmənalı qarşılanmır. Bu, şirkətin gələcəyi ilə bağlı suallar yaradır.

Bir tərəfdən ABŞ-dan, digər tərəfdən İngiltərədən gələn ard-arda qadağa xəbərləri TikTok-un yaxın gələcəkdə bu ölkələrdə tamamilə qadağan oluna biləcəyini göstərir. Lakin bütün bu müzakirələr zamanı böyük ölçüdə diqqətdən kənarda qalan bir element var ki, o da istifadəçilərdir. Bununla belə, tətbiqdən müntəzəm istifadə edən çox böyük bir auditoriya var, xüsusən də ABŞ-da.

Tətbiqin ABŞ-da gündəlik aktiv istifadəçilərinin sayı 150 milyonu keçib. Digər tərəfdən, bu, tətbiqin dünya üzrə aktiv istifadəçilərinin sayının 1,5 milyardı ötdüyünü göstərir. 

Zəminə Hüseyn
Fins.az