Tibb

16 Mart

Microsoft ChatGPT 4-ü buraxmağı planlaşdırır

Microsoft tərəfindən dəstəklənən OpenAI tərəfindən hazırlanmış ChatGPT son dövrə damğasını vurdu. Qısa müddətdə milyonlarla istifadəçiyə çatan və bütün zamanların ən sürətlə böyüyən tətbiqinə çevrilən bu söhbət botu texnologiya dünyasının bütün diqqətini süni intellekt proqramlarına çevirməsinə səbəb oldu.

Bu barədə Fins.az CNN-ə istinadən xəbər verir.

Sosial media platformalarından internet brauzerlərinə qədər bir çox fərqli sahədə şirkətlər süni intellekt proqramlarının istifadəsini ön plana çıxarmağa başlayıb. Digər tərəfdən, Google Bard kimi alternativ süni intellekt proqramları ortaya çıxmağa başladı.

ChatGPT bütün bu çılğınlığı başlatan süni intellekt olsa da, sürətlə dəyişən bu sahədə liderliyini qoruyub saxlamaq üçün onun da dəyişməsi və təkamül etməsi lazımdır. OpenAI də bu vəziyyətdən xəbərdar olmalıdır, çünki o, chatbotunu daim yeniləyir.

Deyilənə görə, GPT-nin növbəti böyük yeniləməsi də gələn həftə buraxılacaq. Bu yeni yeniləmənin süni intellekt proqramına əhəmiyyətli bir xüsusiyyət əlavə edəcəyi gözlənilir.

Bu yeni yeniləmədən sonra istifadəçilər ChatGPT əmri ilə müxtəlif şəkillər və videolar yarada biləcəklər.

Zəminə Hüseyn
Fins.az