CEO Mark Zukerberq, Meta Platforms-un xərcləri azaltmaq və məhsuldarlığı artırmaq üçün təxminən 10.000 işçini ixtisar etməyi planlaşdırdığını açıqladı.
Zukerberq işçiləri ilə paylaşdığı memorandumda təxminən 10 min adamın işdən çıxarılacağını və 5 minə yaxın açıq iş yerinin bağlanacağını bildirib.
Fins.az ''Bloomberg''-ə istinadən bildirir ki, ixtisar aprelin sonunda baş verəcək.
Dünyanın ən böyük sosial şəbəkə şirkəti noyabrda 11 min nəfəri işdən çıxarıb ki, bu da onun ümumi işçilərinin 13 %-nə bərabərdir.
Qeyd edək ki, “Facebook”, “Instagram” və “WhatsApp”ın da sahibi olan “Meta”nın satışları reklam gəlirlərinin azalması səbəbindən ilk dəfə 2022-ci ildə azalıb.
Zəminə Hüseyn
Fins.az