Tibb

13 Mart

''Google Translate''-dən şəkillərdəki mətni tərcümə funksiyası

''Google'' bu yaxınlarda platformasına bir çox yeni funksiyalar əlavə etdi. Şəkillərdən mətnin tərcümə olunması funksiyası gəlir. 

Fins.az CNN-ə istinadən xəbər verir ki,'' Google Translate'' veb saytında yuxarıda şəkil seç düyməsini tapa bilərsiniz. Kompüterinizdən bir şəkil və ya ekran görüntüsünü yüklədikdən sonra tərcümə görünəcək.

Veb sayt həmçinin mətni köçürmək, tərcümə edilmiş şəkli yükləmək və ya onu silmək variantlarını da ehtiva edəcək. O, həmçinin 113 dil mövcud olacaq.

Şirkət tezliklə daha çox funksiyalar təqdim edəcək.

Zəminə Hüseyn
Fins.az