Tibb

13 Mart

''Meta'' şirkəti ''Twitter''-ə rəqib olmağı planlaşdırır

ABŞ-da fəaliyyət göstərən ''Meta'' şirkətinin sahibi Mark Zukerberq yeni layihəsini həyata keçirməyə hazırlaşır.

Fins.az CNN-ə istinadən bilidirir ki, ''Meta'' tərəfindən edilən açıqlamada bu şirkətə bağlı ''Facebook'', ''WhatsApp'' və ''İnstagram'' kimi sosial şəbəkələrə yenisinin əlavə ediləcəyi bildirilib.

''Meta'' sözçüsü istifadəçilərin öz maraqları ilə bağlı yenilikləri yerləşdirəcəkləri “müstəqil sosial şəbəkə proqramı” hazırladıqlarını təsdiqləyib.

Tətbiqin adı hələ məlum deyil. Həmçinin ''Twitter''-ə bildirildi ki, rəqib tətbiq istifadəçilərə ''İnstagram'' hesab məlumatları ilə qeydiyyatdan keçməyə imkan verəcək.

Zəminə Hüseyn
Fins.az