Tibb

10 Mart

WhatsApp İngiltərədə qadağan edilə bilər

 “WhatsApp” mesajlaşma proqramı “Onlayn Təhlükəsizlik Qanunu”na görə tezliklə İngiltərədə qadağan oluna bilər.

Bu barədə Fins.az CNN-ə istinadən xəbər verir.

Ana şirkət Meta-nın WhatsApp rəhbəri Will Cathcart, İngiltərənin tezliklə təsdiqlənməsi gözlənilən ''Onlayn Təhlükəsizlik Qanunu'' səbəbindən Whatsapp-ı qadağan edə biləcəyini açıqladı.

Bildirilib ki, ''Onlayn Təhlükəsizlik Qanunu'' tətbiqi hazırda xidmətdə mesajları qoruyan ucdan-uca şifrələməni zəiflətməyə məcbur edə bilər.

Hökumət şirkəti bu təhlükəsizliyi zəiflətməyə məcbur edərsə, WhatsApp bundan imtina edəcək və proqramın ölkə daxilində tamamilə qadağan olunacağı ehtimalı var.

Zəminə Hüseyn
Fins.az