Tibb

09 Mart

Apple-ın Asiya bazarında üstünlüyü davam edir

Son məlumatlara görə, şirkət bu bazarda Xiaomi-ni keçərək ikinci yerə yüksəlib.

Asiya bazarı dedikdə, Çin və Hindistanı da əhatə etdiyi üçün 3 milyardlıq potensial müştərini ehtiva edir. Bu bazarda meydana çıxan şirkətlər gəlirlərinin əhəmiyyətli hissəsini bu bazardan əldə edirlər.

Bu barədə Fins.az CNN-ə istinadən xəbər verir.

StatCounter, 2023-cü ilin fevral ayı üçün Asiyada Mobil Satıcı Bazar Payı ilə bağlı məlumatlarını dərc etdi və Samsung-un zirvədə qaldığını, Apple-ın isə  Asiyada 2-ci ən populyar smartfon markası olduğunu bildirdi.

Məlumatlar göstərir ki, Samsung 22,25% bazar payı ilə liderlik edir, Apple 17,15% ilə ikinci, Xiaomi 16,19% ilə 3-cü, Oppo 10,82% ilə 4-cü və Vivo 9,76% ilə 5-ci yerdədir.

Zəminə Hüseyn
Fins.az