Tibb

22 Dekabr

“Microsoft” “Netflix” üçün 190 milyard dollar xərcləyəcək

“Microsoft” “Netflix” video xidmətini almağı planlaşdırır. Razılaşma 2023-cü ildə elan oluna bilər.

Mənbənin məlumatına görə, sövdələşmə bütün komissiya və bonusların ödənilməsi nəzərə alınmaqla 190 milyard dollar dəyərində qiymətləndirilir.

O da qeyd olunur ki, “Microsoft” prezidenti Bred Smit “Netflix”in direktorlar şurasına daxildir.

Ehtimal edilir ki, satınalmada məqsəd “Microsoft”un öz cihazlarında video oyun axını xidməti təklif etmək istəməsidir.

Mənbə: Reuters