“Coca Cola” şirkətinin Ukrayna və Moldova üzrə baş meneceri Kamran İsgəndərov “Avromed” şirkətinin baş icraçı direktoru vəzifəsinə təyin edilib. O bu vəzifədə Kamran Ağasını əvəz edib.
Fins.az xəbər verir ki, 22 il “Coca Cola” şirkətində müxtəlif vəzifələrdə çalışmış həmyerlimiz, o cümlədən Qazaxıstan üzrə marketinq və ölkə meneceri olub.
K. İsgəndərov Türkiyənin Boğaziçi Universitetində beynəlxalq münasibətlər üzrə bakalavr, Azərbaycanda Xəzər Universitetinində biznesin idarəedilməsi üzrə magistr təhsili alıb.
© İki Sahil