Yaponiyanın elektronika nəhəngi “Toshiba” Ukraynada baş verən hadisələr fonunda Rusiyaya yeni sifarişləri və investisiyaları dayandırıb.
Bu barədə şirkətin açıqlamasında bildirilir:
“Ukraynadakı vəziyyətdən dərin narahatıq. Hadisələr fonunda humanitar yardım üçün ümumilikdə təxminən 100 milyon yen (774 min dollar) ianə etdik. Bundan əlavə, hazırda Rusiyaya yeni sifarişləri və investisiyaları dayandırırıq”.