Tibb

11 Aprel

Reklam şirkətlərinin ən çox maraq göstərdiyi futbolçunun adı məlum olub

“Barselona”nın parlamaqda olan yarımmüdafiəçisi Pedri Qonsalesin reklam holdinqlərinin siyahısında da son dərəcə populyar olduğu üzə çıxıb.

Belə ki, 2022-ci ilin təkcə üç ayında 19 yaşlı yarımmüdafiəçi sponsorlardan 80-ə qədər təklif alıb.

Diqqət çəkən digər məqam isə Pedriyə daha çox Çin və Yaponiyanın reklam şirkətlərinin maraq göstərməsidir.

Mənbə həmçinin yazır ki, Pedri təkcə sponsorla deyil, həm də azarkeşlər arasında məşhurdur.

Belə ki, hazırda “Barselona”nın ən çox satılan formaları Pedri və Qavinin formalarıdır.