Tibb

08 Aprel

“Chanel” rusyalılara satış etmir?

Fransanın “Chanel” şirkətinin Paris butikinin əməkdaşları rusiyalılar üçün satışın məhdudlaşdırılması ilə bağlı xəbərin saxta olduğunu bildiriblər.

Mağazanın kimliyini bildirməyən menecerinin sözlərinə görə, ödəniş bank kartı ilə reallaşdırılarsa, rusiyalılar moda evindən çantaları sərbəst şəkildə əld edə bilərlər.

“Bloqqerlərin “Chanel”in ruslara əl çantaları satmaqdan imtina etdiyi barədə xəbərlərindən məlumatımız var, lakin bunun belə olmadığını vurğulamaq istəyirik. Bu, saxta xəbərdir. Sadəcə olaraq onların hesabları bloklanıb. Kartınız işlədiyi müddətcə heç bir məhdudiyyət yoxdur”, – deyə mağaza əməkdaşı məsələ ilə bağlı vəziyyəti izah edib.

O həmçinin vurğulayıb ki, mağazanın siyasətində müştərilərə milli ayrı-seçkilik zəminində mal satılmasından imtina edilməsi kimi məqamlar yer almır.

Mənbə: RİA Novosti