Tibb

09 Mart

“Taste of Russia” mağazasının adından imtina edildi

Nyu-Yorkun şəhərinin məşhur Brayton-Biç küçəsində yerləşən “Taste of Russia”(Rusiya dadı) mağazasının adının yazıldığı reklam lövhəsi sökülərək istifadədən çıxarılıb.

Hazırda mağazanın şüşələrini Ukrayna bayraqları bəzəyir.

Mağazanın sahibi bildirib ki, onlar müharibə başlayandan sonra Ukraynanı dəstəkləmək məqsədi ilə “Taste of Russia” ifadəsinin yazıldığı reklam lövhəsini ləğv etmək qərarına gəliblər.

Qeyd edək ki, “Taste of Russia” mağazası 30 ilə yaxındır Nyu-York şəhərində müştərilərə xidmət göstərir.

Mənbə: VOA Amerika