Tibb

05 Mart

eBay Rusiya və Ukraynaya sifarişlərin çatdırılmasını - DAYANDIRIB

Onlayn satışla məşğul olan Amerikanın eBay şirkəti martın 3-dən Rusiya və Ukraynaya sifarişlərin çatdırılmasını dayandırıb. Bu barədə şirkətin elektron poçtla şənbə günü yaydığı məlumatda deyilir.

Bu qərara səbəb Ukrayna ətrafındakı vəziyyətdir.

Açıqlamaya görə, şirkət daşımalarda fasilələrdən təsirlənən alıcı və satıcıları qorumaq üçün martın 3-dən Ukrayna və Rusiyaya beynəlxalq daşımaları dayandırıb.

eBay Inc. - 190 bazarda fəaliyyət göstərən ticarət sahəsində dünyanın ən böyük Amerika şirkətlərindən biridir. Data Insight-a görə, eBay 2021-ci ildə Rusiyada ən populyar ixrac bazarına çevrilib. (Marja)