Tibb

05 Mart

“Gucci”, “Chanel”, “Cartier” və digər lüks brendlər Rusiyanı - TƏRK EDİR

“Kering” şirkətləri qrupu (özündə “Gucci”, “Balenciaga” və “Yves Saint Laurent” markalarını birləşdirir) Rusiyadakı butiklərini bağladığını açıqlayıb.

Fins.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat verib.

“Avropadakı mövcud vəziyyətlə bağlı artan narahatlıqlar səbəbindən “Kering” bu ölkədəki brendləri müvəqqəti bağlayır. Şirkət hadisələri yaxından izləməyə davam edəcək”, – mesajda bildirilib.

Qeyd edək ki, Rusiyada fəaliyyətini dayandıran digər brendlərə “Hermes”, “Chanel” və “Cartier” daxildir.