Tibb

02 Mart

“Apple” Rusiyadakı rəsmi internet mağazasında avadanlıq satışını dayandırıb

“Apple” məhsullarını artıq şirkətin Rusiyadakı rəsmi saytından almaq mümkün deyil.

Belə ki, İT nəhəngi bu ölkədəki rəsmi satış resursu vasitəsilə onlayn ticarəti dayandırıb.

Saytdakı “Çatdırılma” bölməsində “Hazırda mümkün deyil” yazılıb.

Qeyd edək ki, bir qədər əvvəl Rusiya Mərkəzi Bankı sanksiyalara məruz qalan ölkə bankları kartlarının “Apple Pay” və “Google Pay”-də istifadə edilə bilməyəcəyini açıqlayıb.

Bundan başqa ABŞ-ın idman geyim markası “Nike” da Rusiyada rəsmi internet saytında və tətbiqdə satışları bağlayıb.

“Hazırda “Nike” Rusiyadakı müştərilərə malların çatdırılmasına zəmanət verə bilmir”, - deyə geyim brendinin saytında bildirilir.