Tibb

30 İyul

“Spotify”ın reklam gəliri II rübdə 110% artıb

"Spotify" 2021-ci ilin ikinci rübü üçün maliyyə nəticələrini açıqlayıb.

Birbaşa satış kanalları və podkastları sayəsində reklam gəlirləri 110% artaraq 275 milyon avroya (sabit valyuta ilə 126% artaraq) çatıb.

İllik gəlir 23% artaraq 2,33 milyard avro olub. Bildirilir ki, güclü reklam nəticələri və izləyici artımı sayəsində gəlir proqnozlaşdırılan səviyyəyə yaxındır.

Xidmətin aylıq auditoriyası 365 milyon istifadəçi təşkil edir. Ödənişli abunəçilərin sayı rübün sonunda 20% artaraq 165 milyona çatıb və proqnozlaşdırılan dəyərlərin üstünə çıxıb. “Spotify” bu nəticələri COVID-19 pandemiyası ilə əlaqələndirir.

“İnnovasiya və uzunmüddətli sərmaye ilə dünyanın ən məşhur audio platforması olmağa davam edirik”, - bunu şirkətin qurucusu və CEO-su Deniel Ekk bildirib.