Tibb

07 İyul

TikTokda pullu videolar test edilir

TikTok-da yeni “Shoutouts” xüsusiyyətinin sınaqdan keçirilməsi haqqında görüntülər bir çox yaradıcı agentliyin rəhbəri Fabian Ouwehand tərəfindən Twitter-də payaşılıb.

Facemark bildirir ki, “Shoutouts” köməyi ilə istifadəçilər populyar kontent yaradıcılarından qısa videolar sifariş edə biləcəklər: ad günü təbrikləri, qısa mesajlar və s. Fanatların sifarişləri TikTok-un yerli valyutası ilə birbaşa tətbiq vasitəsilə ödənəcək.

Xidmət funksiyaya girişi olan profillərin videolarının altına qırmızı düymə əlavə edəcək. İstifadəçi əvvəlcədən ödənişli bir tələb göndərməli və sonra üç gün ərzində yaradıcı onu qəbul etməli və ya rədd etməlidir. Bir həftə ərzində kontent yaradıcısı sifarişi tamamlamalı və videonu mesaj vasitəsilə istifadəçiyə göndərməlidir. Kontent yaradıcısı tələbi rədd edərsə, pul istifadəçiyə geri qaytarılacaq.

Qeyd edək ki, bu cürə funksiya Cameo-da mövcud idi. Tətbiqdə 1 milyard dollar ilə 100 milyon dollar aralığında sifarişlər qəbul edilirdi.