Tibb

07 İyul

Bu ölkədə gender zorakılığına qarşı mübarizə üçün hər il təqribən 8,4 milyard avro xərclənir

Avropa ölkələrində gender zorakılığına qarşı mübarizə hər il azı 366 milyard avroya başa gəlir.

Fins.az Avropa Gender Bərabərliyi İnstitutunun (EIGE) hesablamalarına istinadla xəbər verir ki, Portuqaliyada gender zorakılığına qarşı mübarizə üçün hər il təqribən 8,4 milyard avro xərclənir.

İnstitutun məruzəsində qeyd edilir ki, bu vəsaitin 79 faizi (və ya 289 milyard avro) qadınlara münasibətdə zorakılığa qarşı mübarizəyə sərf edilir. Portuqaliyada qadınlara münasibətdə gender zorakılığının nəticələrinin aradan qaldırılması üçün hər il 6,68 milyard avro ayrılır.

İnstitutun yeni tədqiqatında gender zorakılığına qarşı mübarizə üçün müxtəlif xərclər təhlil edilir. Bu xərclərin çox hissəsi (56 faiz) qadınlara fiziki və emosional təsir ilə bağlıdır. Sonrakı yerləri cinayət mühakiməsi ilə bağlı xidmətlər üçün xərclər (21 faiz) və iqtisadi itkilər (14 faiz) tutur. Bundan əlavə, məsələn boşanma və ya valideyn vəzifələrinin nizamlanması, mənzil və ya uşaqların müdafiəsi ilə bağlı yardım kimi hüquqi xidmətlər də müvafiq xərc tələb edir.

EIGE İnstitutunun qənaətinə görə, hökumətlər qadınlara münasibətdə zorakılığın qarşısının alınmasına və zorakılıq qurbanlarının müdafiəsinə yönəlmiş tədbirlərə daha çox vəsait ayırmalıdırlar, çünki bu, həm mənəvi borc, həm də pula qənaət deməkdir.

Gender zorakılığı barədə informasiya hələ də əvvəlki kimi tam səviyyədə göstərilmir, buna görə zorakılıq qurbanlarının sayı barədə real təsəvvür əldə etmək üçün müvafiq məlumatlar olmalıdır. Gender zorakılığının müxtəlif formaları barədə ətraflı məlumatlar toplanması Aİ üzvü olan bütün ölkələrin imzaladığı və 21 ölkə tərəfindən ratifikasiya olunmuş İstanbul Konvensiyası çərçivəsində qəbul edilmiş öhdəlikdir.