Tibb

02 İyul

“Hamı eyni ölçüdə olmalı deyil, bunu qəbul edin!” - PİNTERESTDƏN YENİLİK

Foto hostinq saytı Pinterest süni arıqlamaq məhsullarının reklamlarını dayandırıb. Sayt öz bloqunda yazır ki, bunu edən ilk böyük şirkətlərdən biridirlər: “Hamı eyni ölçüdə olmalı deyil, bunu bir dəfəlik qəbul edin”.

Pinterest artıq arıqlamaq ilə bağlı mətn və vizual reklamlarını, arıqlama məhsullarını, hər hansı bir bədən tipini idealizə edən və ya qınayan, bədən kütlə indeksini (BMI) qeyd edən istənilən reklamı blok edəcək.

Pinterest əvvəldən bəri diqqət etdiyi “bodyshamingi qadağan etmək” siyasətini davam etdirir: arıqlama otları, çaylar, zərərli məhsullar, bədənin arıqlamazdan əvvəl və sonrakı halını ehtiva edən şəkillərə icazə verilməyəcək.

Bununla yanaşı, insanları arıqlamağa və öz kilolarından, özlərindən nifrət etməyə səbəb olmayacaq şəkildə sağlam həyatı təbliğ edən reklamlara icazə veriləcək.

Yeni qərarlar Milli Yemək Pozğunluğu Təşkilatı (National Eating Disorders Association) ilə birgə hazırlanıb. Qərarda qeyd edilir ki, COVID-19 səbəbilə bir çox gənc arasında yeməkdən asılılıq və ya iştah kəsilmək kimi problemlər yaranıb. Facemark