Tibb

30 İyun

Almaniyada dövlət qurumlarından “Facebook”dan istifadəni dayandırmaq tələb olunub

Almaniyada dövlət qurumlarından “Facebook” sosial şəbəkəsindən istifadəni dayandırmaq tələb olunub.

“Anadolu” agentliyi xəbər verir ki, bununla bağlı nazirliklərə xəbərdarlıq məktubu göndərilib.

Qeyd edilir ki, rəsmilərin istifadəçi məlumatlarını qorumaq və digər platformalarda istifadə edilməməsi üçün lazımi addımlar atılmaqda gecikilib.

Dövlət qurumlarına xəbərdarlıq edilib ki, sosial media hesablarının bu ilin sonuna qədər bağlasınlar, əks təqdirdə gələn ildən etibarən səlahiyyətləri daxilində məcburiyyət tədbirlərinə əl atılacaq.