Tibb

29 İyun

“Amazon” şifrəli mesajlaşma tətbiqi alıb

“Amazon” 2012-ci ildə ABŞ-ın “Wickr” şirkəti tərəfindən yaradılan eyniadlı şifrəli mesajlaşma tətbiqetməsini satın alıb.

Müqavilənin hələki ictimaiyyətə açıqlanmır.

“Wickr” – “WhatsApp” və “Signal”a bənzər şəkildə şifrələnmiş rabitə texnologiyasına sahib mesajlaşmadır.

“Amazon”dan, xüsusilə, COVID-19 pandemiyası səbəbindən “hibrid” iş şəraitinə keçməsi ilə təhlükəsiz kommunikasiyaya ehtiyacın artdığı qeyd edilib. Şirkətin vitse-prezidenti və informasiya təhlükəsizliyi üzrə direktoru Stiven Şmidt “Wickr”in ən etibarlı “ucdan uca” şifrələnmiş rabitə texnologiyası hazırladığını söyləyib.

İndi “Wickr” tətbiqindən həm dövlət şirkətləri, həm də korporativ şirkətlər istifadə edir.