Tibb

25 İyun

“Nike”dan yeni satış rekordu

Pandemiyadan sonra tələblərin artması və rəqəmsal mühitdə aktivlik “Nike”ın həm pərakəndə, həm də topdansatış sektorlarında rekord satışına səbəb olub.

Həm keçən maliyyə ilinin nəticələri, həm də şirkətin növbəti il ​​üçün proqnozları bazar analitiklərinin verdiyi rəqəmləri üstələyir.

Mətbuat xidməti şirkətin gəlirinin proqnozlardan daha yüksək - 12,34 milyard dollar təşkil etdiyini, səhmlərin 12%-dən çox artdığını bildirib. Şirkətin bazar dəyəri 211 milyard dollardır.

Nike-ın ən böyük bazarı olan Şimali Amerikada satışlar iki dəfədən çox artaraq rekord 5.38 milyard dollara çatıb ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 29% artım deməkdir.

Markanın onlayn satışları 2019-cu ilin eyni dövrünə nəzərən 147% artıb.