Tibb

25 İyun

Xiaomi öz kinostudiyasını açacaq

“Xiaomi Studios” marka smartfonlarına reklam filmlərinin çəkilməsinə kömək edəcək.

Çin markası Xiaomi yeni bir istiqamət üzrə inkişaf edir - şirkət film biznesini inkişaf etdirməyi planlaşdırır. 

“Xiaomi Studios” kinostudiyası markanın cihazlarını satışa təqdim edilməsinə kömək edəcək.

Texnologiya nəhənginin yeni film studiyası diqqətini smartfon kameralarına yönəldərək şirkətin məhsullarını tanıtdıracaq. Təfərrüatlar açıqlanmasa da, Xiaomi-nin smartfonlarına reklam videoları çəkiləcəyi ehtimal edilir.

Şirkət eyni zamanda video redaktə üçün Xiaomi Creator proqramını işə salacaq. Creator sizə qısametrajlı filmlər yaratmaqda özünüzü sınamağınız və proqramın funksiyalarından istifadə edərək onları tamamlamağınıza kömək olacaq.