Tibb

23 İyun

“Reebok” qısa filmi ilə brendin yeni düşüncə tərzini əks etdirir

İdman markası müştərilərlə kommunikasiya üslubunu yeniləyir və yaradıcılığını işə salaraq “Adidas”dan fərqlənməyə çalışır.

“Reebok” markanın yeni kimliyini əks etdirən “Yenidən qoşulma” kampaniyasına başlayıb. Şirkət idmanın dinamik tərkib hissəsinə diqqət ayıraraq özünü rəqib “Adidas”dan fərqlədirməyə çalışır.

Markanın yeni düşüncə tərzinin əsas nümunələrindən olan 9 dəqiqəlik “Yenidən qoşulma” filmi qaradərili kişi və onun oğlunun günəşli ərazidə gəzişməyi ilə başlayır. Bu məqamda atası oğluna azadlığın və harmoniya içində yaşamağın əsas prinsiplərini öyrədir: “Bədənin sahib olduğun ilk şeydir. Sən onu sevirsən, qayğısına qalırsan, istifadə edirsən,” - video bu sözlə bitir, - Həyat bir idman növü deyil".

Reebokun yeni düşüncə tərzi kreativ direktor Kerbi Jan-Raymond və bədii marketinq direktoru Ceyd Osifeso tərəfindən hazırlanıb. “Yenidən qoşulma” kampaniyasında atletik həyat tərzi bir oğlanın gözü ilə təqdim olunur.