Tibb

23 İyun

Koreya Respublikasının Pusan şəhəri “Expo 2030” dünya sərgisinə ev sahibliyi etmək istəyir

Koreya Respublikasının 2-ci ən böyük şəhəri olan Pusan 2030-cu ildə təşkil olunacaq dünya sərgisinə ev sahibliyi etmək niyyətindədir.

Koreyanın Ticarət, Sənaye və Enerji Nazirliyi Pusanın namizədliyinin qeydə alınması üçün Beynəlxalq Sərgilər Bürosuna (BIE) rəsmi müraciət edib.

Koreya hökuməti “Expo 2030” dünya sərgisini "Dünyamızı dəyişək, daha yaxşı gələcəyə doğru” devizi ilə may ayından oktyabradək təşkilini təklif edib. Əgər “Expo 2030”un təşkili Pusana həvalə olunarsa, onda Koreya Olimpiya Oyunları, futbol üzrə dünya çempionatı da daxil olmaqla planetin ən iri 3 tədbirinə ev sahibliyi etmiş olacaq.

Qeyd edək ki, Beynəlxalq Sərgilər Bürosu “Expo 2030”un ev sahibliyi üçün namizədlərin müraciətlərini oktyabr ayınadək qəbul edəcək. Pusandan başqa, Moskva da sərginin təşkili üçün namizədliyini irəli sürüb.