Tibb

23 İyun

Dünya üzrə 2 milyard 750 milyon dozadan çox COVID vaksini vurulub

İndiyədək dünya üzrə koronavirusa qarşı vurulan peyvənd dozalarının sayı 2 milyard 750 milyonu ötüb.

Hazırda Çin 1 milyard 70 milyon doza ilə dünyada liderlik edir. İkinci və üçüncü yerlərdə qərarlaşan ABŞ-da 319 milyon 220 min, Hindistanda 294 milyon 639 min doza peyvənd vurulub.

Vurulan vaksin dozalarının sayına görə ilk onluğa, həmçinin Braziliya (90 milyon 80 min), Böyük Britaniya (74 milyon 640 min), Almaniya (68 milyon 170 min), Fransa (48 milyon 990 min), İtaliya (47 milyon 170 min), Türkiyə (44 milyon 456 min) və Meksika (40 milyon 700 min) daxildir.

Əhalinin hər 100 nəfərinə düşən peyvənd dozalarının miqdarına görə isə ilk beşlikdə Birləşmiş Ərəb Əmirlikləri (146,73), Malta (143,01), Seyşel Adaları (140), San-Marino (130,76) və İsrail (123,15) qərarlaşıb.