Tibb

23 İyun

Fransanın "Thales" şirkəti Azərbaycanda reallaşdırılan layihələr barədə

Azərbaycanın, demək olar ki, bütün hava limanları Fransanın "Thales" şirkətinin hava hərəkətinin idarə olunması üçün lazım olan sistemlərlə təchiz olunub.

Bunu Trend-ə "Thales International Azerbaijan" şirkətinin texniki direktoru Mixail Malinovski deyib.

Onun sözlərinə görə, bütün uçuşlar və enişlər həmin sistemlər tərəfindən idarə olunur: "Bundan başqa, "Thales" ölkədə biometrik passport və şəxsiyyət vəsiqələrinin hazırlanması zamanı texniki həllərin və proqram təminatının inteqrasiyasında iştirak edir. "Thales" həm də "ASAN Visa"nın tətbiqində iştirakda maraqlıdır".

Şirkətin texniki direktoru bildirib ki, 2014-cü ildə Bakı metropoliteni ilə məhsuldar əməkdaşlıq başlayıb: "Bu illər ərzində biz bir neçə layihə reallaşdırmışıq. Onlardan biri qatarların hərkətinin təhlükəsizliyini, sürətin tənzimlənməsini, marşrut və cədvəllərin idarə olunmasını təmin edən innovativ avtomatlaşma və rabitə sistemləridir. Bakı metropoliteninin rəhbərliyi və mütəxəssisləri ilə birgə biz "bənövşəyi" xətdə qatarların avtomatik idarə olunması sisteminin mərhələli tətbiqinə başlamışıq. Gələcəkdə bu sistem xəttin iqtisadi və texniki xüsusiyyətlərini təkmiləşdirəcək, enerji istehlakını, orta sürəti azaltmağa və qatarlar arasında intervalı qısaltmağa imkan verəcək".