“Microsoft”un yeni sistem yeniliyi Windows 11-in internetə sızdırılmış versiyası istifadəçilər tərəfindən bəyənilib.
Əməliyyat sisteminin ən son versiyası internetə sızdırılıb. Hazırda “YouTube”da texno vloqlar bu haqda paylaşımlar etməyə tələsirlər.
"Digital Trends” müəllifi Arif Bacchus 1 gün ərzində bu əməliyyat sistemi ilə işləyəndən sonra onun əsas fərqliliklərini və xüsusiyyətlərini anlaya bildiyini deyir (Mənbə: Microsoft Windows 11 preview: 11 new features we are most excited for).
Əsas menyuda “Task (tapşırıqlar)” paneli yenilənib, yeni animasiyalar əlavə olunub. Funksiyalardan istifadə edərkən fonda eşidilən səs effektləri inkişaf etdirilib, eyni zamanda son vaxtlar bir çox yeniləmədə gördüyümüz yuvarlaqlaşdırma nüansına da toxunulub - yəni pəncərələrin kənarı artıq kəskin yox, yuvarlaqdır. Qaranlıq modu aktiv etmiş bir çox şirkət və tətbiqdən sonra Windows 11-i də istədiyimiz zaman qaranlıq modda işləyə biləcəyik.
Facemark