Tibb

22 İyun

“Microsoft” CEO-su Satya Nadella direktor təyin edilib

Satya Nadella şirkət tarixində Bill Gates-dən sonra hər iki rolu icra edən ikinci şəxsdir.

Microsoft-un idarə heyəti CEO Satya Nadellanı direktor təyin edib. Şirkətin qurucusu Bill Gates-in 2000-ci ildə icraçı direktor vəzifəsindən getməsindən bəri ilk dəfədir ki, direktor və CEO vəzifələri eyni insan tərəfindən icra olunur.

Bu dəyişiklik Nadellanın bu texnologiya nəhənginin şirkətdəki rolunu sübut edir. Nadella eyni zamanda LinkedIn, GitHub, ZeniMax kimi uğurlu şirkətlərə nəzarət edir.

Qeyd edək ki, Microsoft, 1,9 trilyon dollardan yuxarı bazar dəyəri ilə Apple-dan sonra dünyanın ikinci ən qiymətli şirkətidir.