Tibb

02 İyun

Avropanın ən iri ucuzqiymətli aviaşirkəti böyük zərər edib

Macarıstanın hava yolları şirkəti, Avropanın ən iri ucuzqiymətli sərnişin daşıyıcılarından biri Wizz Air ötən ilin martından bəri son 12 ayın nəticələrini açıqlayıb.

 Şirkətin bugünkü bəyanatına istinadla əsas rəqəmləri təqdim edir:

2020 mart-2021 mart dövründə daşınan sərnişin sayı: 10 milyon nəfər, 74,6% azalma (əvvəlki dövrdə - 40 milyon sərnişin);

Gəlirlər: 739 milyon avro, 73,2% azalma (əvvəlki dövrdə - 2,76 milyard avro);

Xalis zərər: 482,4 milyon avro (ötən dövrdə mənfəət - 344 milyon avro)

Zərər marjası: - 77,9% (əvvəlki dövrdə mənfəət marjası: 10,2%)

Balansındakı təyyarələrin sayı: 137 ədəd, 13% artım (əvvəlki dövrdə say – 121 ədəd).

Şirkət nəticələr barədə açıqlamasında “pandemiya məhdudiyyətlərinin həddən artıq uzun çəkməsi və karantin tədbirlərinin hələ də tam yumşaldılmamasına görə 2021 mart-2021 mart dövründə də mənfəət deyil, xalis zərər proqnozlaşdırdığını” bildirib. Aprel-iyun ayları ərzində normal uçuş qrafikinin cəmi 30%-nin icra olunacağı gözlənilir.

Şirkətin baş direktoru Jozsef Varadi yalnız növbəti ilin martından sonra uçuşları tam həcmdə bərpa edəcəklərini və mənfəətə çıxa biləcəklərini ehtimal edir: “Baxmayaraq ki, biznes istədiyimizdən çox gec özünə gəlməyə başlayır, biz hələ də ehtiyatlı optimizmə üstünlük veririk”.

Açıqlamanın ardından son bir ildə 40%-ə qədər artan Wizz Air səhmləri 2,5% ucuzlaşıb.

© Marja