Tibb

27 May

Netflix Türkiyəyə studiya qurmağı planlaşdırır

Bu il İstanbulda ofis açan ABŞ-ın Netflix şirkəti, Türkiyədə film studiyası qurmağı planlaşdırdığını açıqlayıb.

Fins.az xəbər verir ki "Netflix Türkiyə" şirkətinin direktoru Artanç Savaş bildirib ki, Netflix Türkiyədə film studiyasını istifadəyə verəcək.  Studiyaların yeri və sayının gələcək aylarda açıqlanması gözlənilir.

Netflix Türkiyədə 10 illik yayım lisenziyasına və 3,5 milyon abunəyə sahibdir.

Film studiyası filmlərin istehsal edildiyi müəssisədir.