Tibb

27 May

Amazon-dan daşları yerindən oynadacaq satınalma

Elektron ticarət nəhəngi Amazon şirkəti 8,45 milyard dollara Metro Goldwyn Mayer-i (MGM) satın aldı. Bu satınalma film sənayesində daşları yerindən oynadacaq satınalma kimi xarakterizə olunur.

Fins.az xəbər verir ki, MGM-in arxivində 4 mindən çox film və 17 mindən çox televiziya məzmunu var.

Amazon-un səhmləri xəbərdən sonra 0,5% bahalaşıb.

Amazon-un bu satınalması 2017-ci ildəki 13,7 milyard dollarlıq Whole Foods-ın alışından sonrakı ən böyük ikinci razılaşmadır.

Satınalma, ATT-nin Discovery ilə birləşməsindən sonra reallaşıb. Son üç il ərzində film sənayesi sahəsinə 85 milyard dollar sərmayə yatıran ATT Inc. bu iş sahəsini şirkətin tərkibindən ayırıb Discovery Inc. ilə 43 milyard dollarlıq satınalma üçün razılaşmışdı.