Tibb

27 May

Xiaomi-nin mənfəəti 260% artıb

Aparıcı smartfon istehsalçısı Çinin Xiaomi şirkətinin xalis mənfəəti  ötən ilin birinci rübü ilə müqayisədə bu ilin birinci rübündə 260,6% artaraq 7,8 milyard yuan (1,2 milyard dollar) təşkil edib. 

Xiaomi-nin gəlirləri mütəxəssislərin proqnozlarını üstələyərək, yanvar-mart ayları ərzində ötən ilin eyni dövrü ilə müqayisədə 54,7% artaraq 76,9 milyon yuan (təxminən 12 milyard dollar) təşkil edib. Bu göstəricilərdəki yaxşılaşma daxili və qlobal bazarlarda smartfon təklifinin artması ilə əlaqədardır: birinci rübdə onların həcmi 49,4 milyon ədədə çatıb. Bu, Xiaomi-ni smartfonlar üzrə Samsung və Apple şirkətlərindən sonra üçüncü ən böyük ixracatçı edir. İlin sonuna qədər Çinli istehsalçı bu rəqəmi 200 milyona çatdıracağını gözləyir.

Xiaomi korporasiyası 2010-cu ilin aprelində qurulub. 2018-ci ildə Honq Konq birjasında ilk kütləvi təklifini edib. Cümə axşamı səhər şirkətin səhmləri 4%-dən çox artaraq 29,3 HK $ (3,8 $) olub.

Bir neçə gün öncə ABŞ məhkəməsi, Pentaqonun Xiaomi-nin "Çin hərbi müəssisələri" siyahısına daxil etmək qərarını etibarsız elan edib. Beləliklə, amerikalı investorlar Xiaomi səhmlərini qanuni olaraq ala biləcəklər.