Tibb

06 May

\"Uber\"in taksi xidmətlərindən gəlirləri üç dəfə azalıb

"Uber Technologies, Inc." şirkətinin 2021-ci ilin I rübündə səhmdarlarının payına düşən xalis zərəri 108 mln. ABŞ dolları təşkil edib.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 27,2 dəfə azalıb. I rüb ərzində texnologiya şirkətinin xidmət və məhsul satışlarından gəlirləri 2,903 mlrd. dollar təşkil edib ki, bu da illik müqayisədə 11% azdır. Bura daxil olan taksi xidmətlərindən gəlirlər isə 853 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 2,9 dəfə azdır.

Azərbaycanın ÜDM-i növbəti üç ildə ortalama 3% artacaq
Dövlət büdcəsindən bu il 398 mln. manata yaxın dövlət borcunun xidmətinə yönəlib
"Fitch": 2021-2023-cü illərdə SOCAR-ın kapital qoyuluşları 9 mlrd. manat təşkil edəcək

Hesabat dövründə "Uber"in təklif etdiyi taksi xidmətləri, ərzaq çatdırılması ("Uber Eats"), paket çatdırılması, kuryerlər, yük daşınması və s. üzrə məcmu sifarişlərinin dəyəri tarixi rekorda çataraq – 19,536 mlrd. dollara bərabər olub ki, bu da illik müqayisədə 24% çoxdur. Təkcə taksi və avtomobillərlə icra olunan daşımaların dəyəri 1,447 mlrd. dollar olub, bu da illik müqayisədə 13% azdır.

Qeyd edək ki, ötən il "Uber"in xalis zərəri 20% azalaraq 6,768 mlrd. dolları təşkil etmişdi. 2020-ci il ərzində texnologiya şirkətinin xidmət və məhsul satışlarından gəlirləri 11,139 mlrd. dollar təşkil edib ki, bu da illik müqayisədə 14% azdır. "Uber"in təklif etdiyi taksi xidmətləri, ərzaq çatdırılması, paket çatdırılması, kuryerlər, yük daşınması və s. üzrə məcmu sifarişlərinin dəyəri ötən il 57,897 mlrd. dollara bərabər olub ki, bu da 2019-cu il ilə müqayisədə 11% azdır. Təkcə taksi və avtomobillərlə icra olunan daşımaların dəyəri 5,025 mlrd. dollar olub ki, bu da illik müqayisədə 27% azadır.

Təkcə ötən ilin IV rübündə isə şirkətin xalis zərəri 968 mln. dollara (12% azalma) bərabər olub Sözügedən dövrdə, şirkətinin xidmət və məhsul satışlarından gəlirləri 3,165 mlrd dollar (illik 16% azalma), təklif etdiyi taksi xidmətləri, ərzaq çatdırılması, paket çatdırılması, kuryerlər, yük daşınması və s. üzrə məcmu sifarişlərinin dəyəri 17,152 mlrd. dollar (illik 5% azalma), təkcə taksi və avtomobillər ilə icra olunan daşımaların dəyəri isə 1,443 mlrd. dollar (illik 24% azalma) təşkil edib.