Tibb

20 Aprel

“Sinovac” şirkəti indiyədək 260 milyon doza COVID-19 peyvəndi tədarük edib

Çinin “Sinovac Biotech” şirkəti indiyədək dünya miqyasında 260 milyon doza COVID-19 peyvəndi tədarük edib. 

Bu barədə şirkətin icraçı direktoru Yin Veidonq bildirib.

Onun sözlərinə görə, 260 milyon doza peyvəndin 60%-dən çoxu başqa ölkələrə göndərilib.

İcraçı direktor vurğulayıb ki, gün ərzində 6 milyon dozadan çox COVID-19 peyvəndi istehsal olunur.

© APA