Tibb

20 Aprel

Facebook-da sual və cavablar xidməti yaranacaq

Facebook NPE Team daxili qrupu istehsalçılar ilə birgə araşdırma aparıb və sual və cavablar üzrə xidmətin beta-test versiyasını ərsəyə gətirib.

Fins.az xəbər verir ki, TechCrunch nəşrinin yazdığına görə, Hotline xidməti vasitəsilə aparıcı canlı efirdə istifadəçilərin suallarına cavab verə biləcək.

Hotline - Instagram Live və Clubhouse-un birləşməsindən yaranıb. Çatın yaradıcıları auditoriya ilə ünsiyyət qura biləcək və suallara mətn, yaxud audiformatda cavab verə biləcəklər. Clubhouse-dan fərqli olaraq aparıcı təkcə səs ilə cavab verə bilməz, həmçinin kameranı aça bilər. Twitter platforması vasitəsilə əlavəyə keçid edə bilərsiniz, daha sonra isə SMS vasitəsilə təsdiq etməlisiniz.

Tətbiqdəki dinləyicilər aktiv iştirakçılara bölünür – sual verənlər və yalnız dinləyənlər.

Yeni əlavənin istifadəçi interfeysi Clubhouse-u xatırladır. Əsas ekranda aparıcının paneli yerləşir, orada çatı yaradanının şəkili yerləşdirilib. Alt hissədə isə dinləyicilərin avatarının olduğu panel yerləşir.

Əlavədə, həmçinin, sual verən istifadəçilərin siyahısı görünür, orada suallara lehinə və əleyhinə səs verə biləsiniz.

Aparıcı suallara cavab verə bilər, narahat olan mövzuları bloklaya, yeni istifadəçiləri qoşa bilər. Hadisənin bitməsindən sonra, aparıcı 2 qeyd əldə edir: Audio və videoformat. Bundan sonra siz əldə edilən qeydləri digər sosial şəbəkələrdə paylaşa bilərsiniz.

Facebook-un Clubhouse analoqunu yaradacağı hələ fevraldan məlum idi. Yeni xidmətin adı isə açıqlanmayıb. Twitter isə özünün yeni audioçat versiyasını test edir.

Clubhouse-dan fərqli olaraq, Spaces-də ciddi bir moderasiya olacaq. İstifadəçilər şikayət edə və ya digər istifadəçiləri bloklaya bilərlər.

© Facemark