Tibb

19 Aprel

Tim Kuk Apple-dan gedəcəyi vaxtı açıqladı

Apple korporasiyasının rəhbəri Tim Kuk rəhbərlik vəzifəsindən ayrılmağı planlaşdırır.

Fins.az-ın məlumatına görə, onun sözlərinə, əsasən bu qarşıdakı 10 il içərisində olacaq.

O, özünün gələcək planı haqqında The New York Times nəşrinə müsahibəsində deyib.

Tim Kuka sual verilib ki, o qarşıdakı 10 ildə şirkətin rəhbəri pozisiyasında qalacaq, yoxsa yox? Cavabında isə Tim Kuk deyib ki, “Bu uzun bir müddətdir, ola bilsin ki, onun növbəti rəhbərliyi 10 ildən çox çəkməsin”.

Kuk, əlavə edib ki, Apple-dan başqa nə iş görə biləcəyini xəyal edə bilmir. Top menecer, əlavə edib ki, işini çox sevir və özünü onsuz təsəvvür edə bilmir.

Qeyd etmək yerinə düşər ki, Tim Kuk karyerasında IBM-də başlayıb, orada təxminən 12 il keçirib. İdarəedici daha sonra Compaq şirkətində satış və çatdırılmalardan məsul vitse-prezident olub. 1998-ci ildə isə Apple şirkətinə qatılıb.

2011-ci ilin yayında isə Stiv Cobsun uzun müddətdir ki, davam edən xəstəliyindən dolayı baş direktor vəzifəsini Tim Kuka ötürüb. Tim Kukun rəhbərliyi altında ilk dəfə şirkətin kapitalizasiyası (bazar dəyəri) 2 trilyon dollara çatıb.