Tibb

16 Aprel

Microsoft, yeni reklam çarxında iPad-ı məsxərəyə qoyub – Video

Microsoft şirkəti özünün məhsulu Surface Pro 7 ilə iPad Pro-nu müqayisə edib.

Fins.az xəbər verir ki, Micsoroft şirkəti qeyd edir ki, Surface Pro 7 üçün rahat bir stand var, amma iPad Pro-da bu xüsusiyyət yoxdur, onu yalnız əldə tutmaq mümkündür.

Surface-yə maqnitli bir klaviatura taxmaq mümkündür. Bundan başqa, məhsula əlavə olaraq siçan və klaviatura bağlamaq mümkündür. Apple-ın hissələri isə Microsoft üçün o qədər də əlverişli deyil. iPad Pro-ya əlavə aksessuarlar qoşmaq üçün hər cür adapterdən istifadə etməlisiniz.

Şirkət özünün cihazını hibrid bir planşet və kompüter adlandırır, Apple-ın məhsulunu isə sadəcə planşet kimi qiymətləndirir. Microsoft özünün yeni çarxında qeyd edir ki, bu qədər xüsusiyyətinin olmasına baxmayaraq Surface Pro 7-nin qiyməti sadəcə 880 dollardır, iPad-da isə 1348 dollardır.

Xatırladaq ki, Microsoft birinci dəfə deyil ki, rəqibi ilə özünü müqayisə edir.

© Facemark