Tibb

12 Aprel

Pandemiya, e-ticarət və pərakəndə SATIŞ

İnternet heç vaxt pərakəndə satış üçün pandemiya dövründə olduğu qədər vacib olmayıb. "The Economist" jurnalına görə pandemiyadan əvvəl bəzi əlamətlər sanki özünü göstərirdi. Elektron ticarətin necə qəbul edilməsi vacib haldır. Elektron ticarət keçmişdə yalnız digər pərakəndə kanallardan biri kimi görülsə də, indi digər kanalların bir-birini tamamlayan gücü kimi qiymətləndirilməlidir.
 
 Fins.az pazarlamamakaleleri.com saytında dərc olunan  "pandemiya dövründə elektron ticarətin yoxsa pərakəndə satışın əsas alış-veriş vasitəsi seçimi" adlı məqaləni təqdim edir. 
 
Pandemiya dövründə elektron ticarət kanalları olan şirkətlər daha az əziyyət çəkib. Elektron ticarəti seçimlərdən biri kimi görən yanaşmanın nəticə verməyəcəyi və bu yanaşmanı tətbiq edən pərakəndə satıcıların yavaş-yavaş problem yaşayacağı məlumdur. 
 
Mark Pilkinqtonun (Mark Pilkington) "Retail Therapy" adlı kitabında bildirilir ki, məhsulların piştaxta arxasına qoyulması, müştərilərə özünəxidmət sisteminin gətirilməsi və satılması ilə supermarketlərin yaranması keçmişdə pərakəndə satışdakı ən böyük uğurlardan biri olub. Supermarket sisteminin yüksək kapital tələbi səbəbindən bazara girişdə əngəl yaratdığı da vurğulanıb.
 
Müştərinin məhsulu aldıqdan sonra supermarketin müştəri ilə münasibətləri kəsdiyi və şikayətləri ilə məşğul olmadığı ifadə olunub.
 
Necə olsa məhsul supermarketin deyil
 
Supermarket yalnız bir vasitədir, "bir problem varsa, marka ilə istehlakçı arasında həll olunmalıdır" düşüncəsi ilə idarə olunur. Pilkinqton kitabında elektron ticarətin bu sistemi məhv etdiyini bildirib. Elektron ticarətdə fiziki pərakəndə satışla bağlı bir çox xərclərə qənaət etməklə daha çox məhsul çeşidi və daha sərfəli qiymətlər təqdim edilə bilər.
 
Pandemiya dövründə elektron ticarət əhəmiyyət qazandı, lakin fiziki pərakəndə satıcılar təslim olmadılar. Pandemiya dövründə onların çıxışlarını çox yaxşı izləmək imkanı yarandı. Hər şeydən əvvəl mağazaya qapıdan girərkən insan sağlamlığına, yoxsa özlərinə əhəmiyyət verdiklərini dərhal görə bilərsiniz.
 
Əvvəlcə narahatlıq yaradan e-ticarət tətbiqetmələrinin sağlamlığınız üçün yaradıldığını hiss etdikdə rahat nəfəs almağa başlayırsınız. İçəridəki müştərilər çöldə gözləyən insanları düşünsələr və mağazada bir az daha qısa qalsalar nə qədər yaxşı olar. Pandemiya dövründə "başqasına hörmət" əslində hər şeyin açarıdır.
 
Çölə çıxmamaq və ya başqalarının sağlamlığını qorumaqla yanaşı, özümüzü də qorumaq üçün maskalar və bu kimi bütün tədbirləri başqalarına hörmət əlamətidir.
 
Pandemiya dövründə elektron ticarət, yoxsa pərakəndə satış seçimi arasında elektron ticarət öz üstünlüyünü göstərib.