Tibb

05 Aprel

Bu şirkət tükənmə ilə mübarizə aparmaq üçün işçilərini həftəlik istirahətə göndərir

“LinkedIn” işçilərini aprelin 5-dən həftəlik ödənişli tətilə göndərir.

Bu barədə şirkətin kadr mütəxəssisi Teuila Henson “CNN”ə verdiyi müsahibədə məlumat verib.

Qeyd edək ki, şirkətin 15.9 min işçisi məzuniyyətə çıxıb. İşçilərinin böyük hissəsini məzuniyyətə göndərmək qərarı, onların stresini azaltmaq istəyi ilə izah edilib. Bu yolla işçilər elektron poçtlar və həmkarlarından gələn suallar altında qalmayacaqlar.

Koronavirus pandemiyası səbəbindən distant iş rejimi fonunda şirkət “görüşsüz günlər” qaydasını tətbiq edib. Bu günlərdə işçilər “Zoom” konfranslarında iştirak etmirlər və özlərinə istirahət etməyə icazə verirlər.

Xatırladaq ki, daha əvvəl “görüşsüz günlər” qaydasını “Citigroup” bankı tətbiq etmişdir. Orada işçilərə cümə günlərində işgüzar görüşlər keçirmək qadağan edilmişdir. Bundan əlavə, bank 28 may gününü bayram elan etmişdir.

Pandemiyadan sonra bank işçilərinin əksəriyyəti həftənin üç gününü ofisdə, iki gününü isə evdə çalışacaqlar. “LinkedIn” də gələcəkdə işçilərinə “çevik qrafiklə” işləməyə icazə verməyi planlaşdırır.

© Banker