Tibb

16 Mart

Qlobal peyvənd istehsalı təhlükə altına düşə bilər

İki aparıcı koronavirus peyvəndi istehsalçısı “AstraZeneca” və “JohnsonJohnson” qlobal peyvənd istehsalının ABŞ-ın ixrac nəzarəti səbəbindən təhlükə altına düşə biləcəyi barədə xəbərdarlıq ediblər.

Əczaçılıq şirkəti “Biological E”nin icraçı direktoru Mahima Datla nəşrə bildirib ki, ABŞ təchizatçıları qlobal müştərilərin sifarişlərini yerinə yetirə bilməyəcəklər.

Buna səbəb isə əvvəlki ölkə Prezidenti Donald Tramp tərəfindən 2020-ci ilin martında imzalanan Müdafiə İstehsalat Qanununun Vaşinqton tərəfindən istifadəsidir.

Dünyanın ən böyük peyvənd istehsalçısı olan Hindistanın Serum İnstitutunun icraçı direktoru Adar Punavalla Müdafiə İstehsalat Qanununun qlobal peyvənd səylərini poza biləcəyini bildirib.

“İstehsalçısı olduğumuz “Novavax” peyvəndinin ABŞ-dan olan məhsullara ehtiyacı var”, - deyə o, istehsalçıların ABŞ-dan xammal ala bilməyəcəyi təqdirdə bunun ciddi məhdudlaşdırıcı amil olacağını qeyd edib.