Tibb

02 Mart

Samsung-dan ana və atalara – ÇAĞIRIŞ - VİDEO

Samsung Türkiye hər yaşdan olan fərdin internetdən doğru bir şəkildə istifadə etməsi üçün 2016-cı ildən bu yana “Siber Zorba Olma! #FarkınaVar”, 2019-cu ildən bu yana isə “#İnternetiTadındaKullan” sosial məsuliyyət kampaniyalarını davam etdirir.

Bu dəfə isə şirkət kiçik uşaqları olan valideynləri maarifləndirmək üçün yeni bir çalışmanı həyata keçirdi.

Marka yeni işində kiçik uşaqların internetdən məsuliyyətlə istifadəsinə fokuslanıb. Bu istiqamətdə valideynlərə fərqindəlik yaradır.

Samsung internetdən lazımı tədbirlər alınmadan istifadə edildiyi təqdirdə uşaqların qarşılaşa biləcəkləri mənfi nüanslara vurğu edir. Videoda uşaqların təhlükəsiz bir mühidə internetdə gəzməsi üçün necə bir təhlükəsizlik tədbirləri almalı olduğundan danışır.

Sosial mediadan #İnternetiTadındaKullan həştəqi ilə yayımlanan reklam filmində arzusu sadəcə sevimli bir pişiyi izləmək istəyən uşağın şahid olduğu şiddət, vulqar sözlər kimi mənfi nüanslar sıralanır.

Samsung valideynlərə, uşaqların əlinə verdikləri ağıllı cihazlarda nəzarəti əldən buraxılmamasını tövsiyə edir. Bu məqsədlə hazırlanan Samsung Kids platforması ilə uşaqların təhlükəsiz mühitlərdən internetdə gəzinti edə biləcəkləri məsələsində maarifləndirir.