Facebook Yaxın Şərq, Türkiyə, Afrika icraçı direktoru Derya Matraş.
Derya Özkaya Matraş 2015-ci ilin dekabrından Facebook-un Türkiyədəki ölkə direktoru, 2020-ci ilin yanvar ayından isə Yaxın Şərq, Türkiyə, Afrika üzrə icraçı direktor vəzifəsində çalışır.
Matraş bakalavr təhsilini Boğaziçi Universitetində elektrik-elektronika mühədisliyi bölümü üzrə bitirib. “Columbia Business School”da isə MBA dərəcəsi alıb. Daha öncə Oliver Whyman, McKinsey Company kimi beynəlxalq şirkətlərdə çalışıb.
Derya xanım Facebook-da çalışmamışdan öncə Doğan Holding-də işləyib. Elə həmin holdinqin pərakəndə, əyləncə, təhsil qrupundan məsul vitse-prezidenti olub.
Matraş Türkiyə üzrə ölkə direktoru olduğu zamanda deyirdi, “Facebook-da bizim tez-tez istifadə etdiyimiz bir söz var, biz bu səyahətin sadəcə 1%-ni tamamlamışıq”.
Derya Özkaya Matraşın Türkiyədəki ölkə direktorluğu da daxil olmaqla, hazırda Yaxın Şərq, Türkiyə, Afrika icraçı direktor vəzifələrini də hesablasaq Facebookda 5 ildən çox iş təcrübəsi var.
Matraş, Fırat Dirikin vəzifəsindən ayrılmasından sonra, Türkiyə üzrə ölkə direktoru olub. O, 4 ildən çox ölkə direktoru olduğu işində London ofisində vəzifəsini icra edib.
© facemark