Tibb

15 Fevral

Brendin internet satışları 2020-ci ildə rekord qırıb

Fransanın kosmetika kompaniyası L'Oreal 2020-ci ildə internet vasitəsilə olan qlobal satışlarda rekord əldə edib və 62% artım nümayiş etdirib, ümumi satış həcminin 26,6%-ni təşkil edib.

Fins.az-ın məlumatına görə, bu haqda şirkətin 2020-ci il və 4-cü rübü əhatə edən hesabatında bildirilib.

“Böhranda yenidən artan rəqəmsal və elektron ticarətdəki gücü sayəsində L'Oréal bütün istehlakçıları ilə sıx əlaqələr qurmağı bacarıb və satış nöqtələrinin bağlanmasını böyük ölçüdə kompensasiya edib”, - deyə Jan-Pol Aqon deyib.

Şirkətin ümumi satışları müqayisəli ifadədə il ərzində 4,1% aşağı düşüb. Qərbi Avropa və Şimali Amerikada isə müvafiq olaraq 10,3 və 7,4% azalma nümayiş etdirib.

Sənəddə deyilir ki, Rusiya, Türkiyənin də daxil olduğu Şərqi Avropa bölgəsində depressiv iqtisadi kontekstdən dolayı daha çox geriləyib.

Eyni zamanda, Çexiya, Slovakiya, Macarıstan habı pandemiyaya davam gətirə bilib, Ruminiya, Ukraynada isə şirkətin satışları artım nümayiş etdirib.

İlin müsbət dinamika göstərən bölməsi isə kosmetika idi. Bu seqmentdə satışlar il ərzində müqayisəli ifadədə 18,9% artaraq 3 milyard avroya yüksəlib. Oktyabr-dekabrda bütün kateqoriyalar üzrə artım olduqda, kosmetika sahəsi aktiv lider olmağa davam edib və satışları 30,7% artaraq 771,5 milyon avroya çatıb.

İlin ən böyük enməsini göstərən antireytinq lideri isə lüks kosmetik məhsullar idi. Burada isə satışlar 8,1% azalaraq 10,2 milyard avroya çatıb. İlin ikinci yarısında seqmentdə artım müşahidə edilib, oktyabr-dekabrda isə 4,4% artım göstərərək 3,2 milyard avroya yüksəlib.

İstehlak malları kateqoriyası mənfi haldan çıxmayıb. Həmin ildə seqmentdə 4,7% azalaraq 11,7 milyard avroya çatıb. Dördüncü rübdə isə 0,4% azalaraq 3 milyarda çatıb.

AdIndex-in Rusiyada ən böyük reklamverənlər arasında L'Oreal 15-ci yerdə qərarlaşıb. Bu ölkədə əsas media kanallarına (TV, radio, mətbuat, çöl reklamı, internet) kompaniya 2019-cu ildə 3 milyard rubl xərcləyib. Brendin hesabatına görə, 2020-ci ildə qlobal reklam və tanıtım xərcləri satışların 30,9%-ni təşkil edib bu isə 8,7 milyard avrodur. 2019-cu ildə isə bu göstərici 9,2 milyard avrodan yüksək olub.

© Facemark