Tibb

10 Fevral

"Təyin edilməmiş seçim şərtləri”

Yeni reallıq

Rəqəmsal texnoloqiyalar müasir biznesin landşaftını tamami ilə dəyişdi. Nəticədə, bütun biznes sahələri "təyin edilməmiş seçim şərtləri" ilə üz-üzə qaldı.

"Təyin edilməmiş seçim şərtləri”ni bu parametrlərə bölmək olar:

  • yüksək rəqabət və aşağı tələb
  • müasir insan beyninin idrak imkanlarını aşan reklam həcmi
  • eyni məhsulların çox aşağı fərqlənmə parametrləri
  • istehlakçıların yeni davranışı formaları
  • cəlb etmə səviyyəsinin aşağı olması

Bütün dünyanı bürümüş pandemiya, təkcə maliyyə böhranına yox, həm də insanla da yeni davranış formaları yaratdı, emosional duruma ciddi təsir etdi, müxtəlif növ informasiyalara reaksiyalarını dəyişdi. Ən əsası isə, istehlakçıların gəlirlərinə ciddi şəkildə təsir etdi.

Biznes belə bir zərbəyə tab gətirə biləcəkmi? Baş verənlər kontekstində marketinqin rolu nədir?

Beynəlxalq Deloitte agentliyin aşdırmasına əsasən, biznes və marketinq sahəsində çalışanlar 2021-ci ildə diqqəti yönəldəcək əsas aspektlər bunlardı:

- məqsəd, peşəkar təcrübə, inam, iştirak və cəlb etmə, sintez və inteqrasiya, istedad və kreativlik.

Fikirimcə, növbəti illərdə uğurlu və davamlı inkişafın meyarı məhz bu xüsusiyyətlərdir.

Məqsəd və ya niyə varsız?

Araşdırmalara görə, yalnız biznes məqsədi deyil, həm də biznesiniz niyə mövcud olduğunu başa düşməkdir. Bu qeyri-müəyyənlik şəraitində əsas amildir.

Daim baş verən dəyişiklik, ənənəvi biznes disturlarını məhv etdi. Bu vəziyyətdən çıxış yolu yalnız dəqiqliyilə biznesinizin hara getdiyini anlamaqdır. Artıq starteji planlama bir dəb yox, dəyişən dünyada əsas prinsipidir. Hər bir sahibkar anlamalıdır ki, strateqiya da yalnız müştəri cəlb etmək yox, həmçinin həmfikirlərə və sahəyə uyğun partnyorlara ciddi ehtiyac var.

Biznesin mövcudluğunun əsası marketinq strategiyası yaratmaqla yanaşı, həm də motivasiya və korporativ mədəniyyətin qurulması olmalıdır.

Rəqəmsal dövrdə yeni bir marketinq formatı

Son məlumatlara görə, hər istehlakçı hər gün bir-biri ilə rəqabət edən və diqqət çəkmək üçün mübarizə aparan 400 ilə 10.000 arasında reklamlara məruz qalır.

Bütün bunlar müştəri ilə ünsiyyət cəhdlərini ləğv edən birdəfəlik səslər sürüsü kimi hiss olunan tək bir məlumat axınına birləşir.

Bu səs-küydən uzaq olan yeganə yol təklifinizin müştərinin ehtiyacları ilə əlaqəli olmasıdır. İstehlakçının diqqətini cəlb edə bilən, düşüncəsini reklam üzərində cəmləşdirən və istehlakçı davranışını aktivləşdirən təklifin aktuallığıdır.

Aktuallıq, müştərinin marka və şirkətlə əlaqəsini idarə edən emosional təcrübənin əsasını təşkil edir. Aktuallıq isə müştərinin profilini, ehtiyaclarını və davranış xüsusiyyətlərini, psixoqrafik profil konsepsiyasına daxil olan hər şeyi dərindən araşdırandan sonra meydana gəlir.

Hesab edirəm ki, artıq müxtəlif biznes subyektləri marketinq komandası ilə yanaşı, həm də istehlakçıların aktual tələbatlarını araşdıran layihələr barədə düşünməlidir.

Müəllif: Vüqar Bağırov