Tibb

05 Fevral

Maskanızı çıxarmadan iPhone-nun kilidini açmaq mümkün olur

Yeni funksiyadan istifadə etmək üçün Apple Watch smart saatlarına ehtiyac var.

Apple iOS 14.5 beta-versiyasını hazır edib, maska taxaraq belə iPhone-da Face ID sizi tanıyacaq və smartfonun klidini açacaq.

Bu haqda Engadget nəşri yazıb.

Yeni funksiya yalnız smartfon Apple Watch-a qoşulu olan zaman işləyir. Saatın klidini açmaq üçün istifadəçinin adəti üzrə iPhone-a baxmağı lazımdır, yalnız bundan sonra smart saat titrəyir.

Nəşrin yazdığına görə, saatın klidi açıldığına görə, Face ID-nin üz tanıma dəqiqliyi azalır. Yeni funksiyanı tənzimləmələr bölməsində aktivləşdirmək lazımdır. İşləməsi üçün isə üz tanıma Apple Watch tənzimləmələrində aktiv edilməlidir. Funskiya yalnız smartfonun ekranını açmaq istifadə edilir. App Store-da digər alışlar üçün isə maskanı çıxarmağınız şərtdir.

2020-ci ilin mayında Apple maskanın köməyi ilə smartfonun açılmasını asanlaşdırmağı düşündü. Yenilənmədə Face ID uğursuz bir həmlənin (əgər istifadəçinin üzü bağlıdırsa) ikincisini gözləmədən dərhal parol istəyir.

Bundan başqa, iPhone sahibləri isə deyir ki, sistemin necə bir qərar verəcəyini bilmək üçün uzun bir zaman gözləməli olurlar. Ən mübahisəli yenilik isə iOS 14.5 olub. Yeniliyə görə, platformalar istifadəçilər haqqında hansı məlumatları topladıqlarına dair onlara məlumat verməlidirlər.

Bu səbəbdən dolayı Facebook, Apple şirkətinə qarşı antimonopoliya üzrə iş açacaq. Yeni qaydalar sosial şəbəkələri gəlirlərin azalması ilə təhdid edir.

© Facemark